Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib

Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, sabah əməliyyat olunacaq.

Bu barədə şair özü məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün öncə yenidən müayinə edilib.

“Buna qədər belə hesab edilirdi ki, əməliyyat risklidir. Kimya-terapiya müalicəsi daha məqsədəuyğun hesab edilmişdi. Amma bu müayinə onu deməyə əsas verdi ki, mənim yenidən əməliyyat şansım var. Xəstəxanadayam. Sabah, yəqin ki, əməliyyat ediləcəyəm”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.