Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5 020 280 seçki büllteninin böyük əksəriyyəti çap edilib. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, dekabrın 16-dək bu prosesə yekun vurulması nəzərdə tutulub: “Bununla da bütün dairə seçki komissiyalarının hər biri bülletenlərlə təmin olunacaq”.