Gürcüstanda parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı dezinformasiyalar ölkədə hakimiyyəti zorla dəyişdirmək məqsədi daşıyır.
Azpost.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Seçkilər haqqında dezinformasiyanın bir hissəsi hibrid müharibə üsulları, Gürcüstanda seçkilərə və demokratiyaya hücumlardır. Demokratiyadan yan keçərək, demokratik yolla və xalqın iradəsi ilə deyil, güc yolu ilə hakimiyyət dəyişikliyinə çalışılır. Biz görürük ki, dezinformasiya faktlarının heç birinin arxasında sübut yoxdur. Müxalifət saxtakarlıq iddiasındadır və eyni zamanda istintaqla əməkdaşlıq etmək istəmir”, – Papuaşvili bildirib.
Azpost.info