SEPAH hərbçilərinə rabitə vasitələrindən istifadəni qadağan edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH )Livanda silsilə partlayışlarından sonra öz hərbçilərinə  hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib.

Azpost.info bildirir ki, bu barədə İran təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Onların məlumatına görə, SEPAH təkcə rabitə cihazlarını deyil, bütün texniki avadanlıqların da genişmiqyaslı yoxlamasına başlayıb. Rəhbərlik baş verənlərdən narahatdır və Hizbullahdan texniki ekspertizanın nəticələrini, həmçinin partladılmış məhsulların bir neçə nümunəsini istəyib.

Agentliyin həmsöhbətlərindən birinin qeyd etdiyi kimi, SEPAH həmçinin İsraillə əlaqəli mənbələrdən maliyyə alanları müəyyən etmək üçün öz hərbi personalı, orta və yüksək səviyyəli zabitləri haqqında hərtərəfli araşdırmaya başlayıb. “Bura onların həm İrandakı, həm də xaricdəki bank hesablarının yoxlanılması, həmçinin onların və ailələrinin səyahət tarixçəsi daxildir” -deyə mənbə izah edib.

Əvvəlki məqalə

Kamala Harris rəqibi Donald Trampı 5 faiz qabaqlayır –

Sonrakı məqalə

İran ABŞ-da nüvə danışıqlarının yeni mərhələsinə başlamaq istəyir