Separatçı rejimin keçmiş “xarici işlər naziri” Azərbaycana təslim oldu

Qarabağdakı qondarma rejiminin keçmiş “xarici işlər naziri” David Babayan sosial şəbəkələrdə açıqlama verərək Azərbaycan tərəfinin tələbi ilə araşdırma üçün könüllü təslim olmaq qərarı verdiyini bildirib.

O, bu gün Şuşaya gedəcəyini qeyd edib.

“Mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, – o yazıb.

Əvvəlki məqalə

Xankəndindəki separatçı qurum özünü buraxdığını elan edib

Sonrakı məqalə

Ruben Vardanyan məsuliyyətə cəlb olunub –