Serbiya prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib. "Report" xəbər verir ki, bu barədə Serbiya liderinin administrasiyasından məlumat verilib. Bildirilib ki, A.Vuçiç noyabrın 15-də axşam saatlarında ürək-damar problemləri ilə əlaqədar Belqrad Hərbi Tibb Akademiyasının Kardiologiya şöbəsinə yerləşdirilib.