Sertifikasiyada 58 bal toplayan müəllim –"Uğurumu şagirdlərimə hədiyyə edirəm"

İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində yüksək bal toplayan müəllimlərin sırasında 136 nömrəli orta məktəbin müəllimi Gülşən Əliyeva da var.

Modern.az-a açıqlamasında Gülşən Əliyeva bildirib ki, 21 ildir müəllim işləyir və buna baxmayaraq imtahanlara ciddi şəkildə hazırlaşıb: “Təbii ki, bilik və bacarıqlarımızın artırılması üçün hər gün çalışmalıyıq. Çünki müasir təhsil sistemi yeniliklər tələb edir”.

Test imtahanı mərhələsində 58 bal toplayan Gülşən Əliyeva bu uğurunu şagirdlərinə hədiyyə etdiyini də qeyd edib:

“Mən bu uğurumu şagirdlərimə hədiyyə edirəm. Düşünürəm ki, hər bir müəllimin həyatda ən böyük qazancı cəmiyyətə fayda verə biləcək insanlar yetişdirməkdir”.

Əvvəlki məqalə

2024-cü il dövlət büdcəsinin gəlir və xərcləri

Sonrakı məqalə

“Rusiya Avropa üçün ən böyük təhdiddir”