Şeyxülislam Qəzza ilə bağlı çağırış etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərar qəbul etməyə çağırıb.
Bu barədə Allahşükür Paşazadə noyabrın 2-də İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşdə bildirib.
QMİ sədri son günlər Yaxın Şərqdə baş verənlərə toxunaraq, Qəzzada mülki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təəssüfləndiyini bildirib, siyasətçilərin sülhə nail olmaq üçün tezliklə müdrik qərarlar qəbul edəcəklərinə inandığını qeyd edib.
Azpost.info
Əvvəlki məqalə

İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə hələ ki cavab verməyib

Sonrakı məqalə

“İsrail qoşunları Fələstin anklavının ən böyük sahilyanı şəhərinə daxil olub” –