Şeyxülislam Qaraçay-Çərkəz Respublikasının başçısı ilə görüşüb –FOTO

Oktyabrın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla görüşüb.
Bu barədə Azpost.info-ya QMİ-nin mətbuat xidmətindən bildirilib.
Qonağı səmimi salamlayan Şeyxülislam Çerkessk şəhərində yeni məscid kompleksinin istifadəyə verilməsi münasibəti ilə təbrik və xeyir-dualarını Qaraçay-Çərkəz Respublikası əhalisinə çatdırmağı xahiş edib.
Azərbaycana səfərinin məqsədi, burada keçirdiyi görüşlər barədə Şeyxülislam həzrətlərinə məlumat verən Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, dinamik inkişafdan məmnunluğunu ifadə edib.
Müdrik ağsaqqal kimi bütün Qafqazda tanınan Şeyxülislam həzrətləri ilə Bakıda görüşməkdən şərəf duyduğunu vurğulayıb. Rəşid Temrezov Şeyxüliaslam həzrətlərini Qaraçay-Çərkəz Respublikasına dəvət edib.
Söhbət zamanı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Azpost.info
Əvvəlki məqalə

“15 ildən sonra Qarabağla bağlı fəlakət baş versə, günah bizdə olacaq” –

Sonrakı məqalə

Suriyadan daha 9 uşaq və 2 qadın Azərbaycana gətirilib