Şimal rayonlarında baş vermiş 11 qəza baş verib- 22 avtomobilə ziyan dəyib

Yanvarın 9-da qarlı hava şəraiti ilə bağlı şimal rayonlarının yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, Qubada altı, Qusarda iki, Xaçmazda isə üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtoqəzalar nəticəsində ümumilikdə 22 avtomobilə zərər dəyib. Hadisələr nəticəsində xəsarət alan olmayıb.

Əvvəlki məqalə

Naxçıvan Ali Məclisinin sessiyası başa çatıb, büdcə təsdiqlənib

Sonrakı məqalə

Ermənistan KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina etdi