Siyəzəndə avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var-FHN

Siyəzən rayonunun Eynibulaq kəndində yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

Bu barədə FHN-dən bildirilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Opel” markalı iki minik avtomobili toqquşub, 4 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Əvvəlki məqalə

Putin Paşinyanla telefonla danışıb

Sonrakı məqalə

İbrahim Rəisi Nikolay Patruşevlə görüşüb