Yeni prokuror təyin edildi –Bu rayona - FOTO

Yeni prokuror təyin edildi

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.

AzPost bildirir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, habelə Bakı şəhər prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Baş Prokurorun digər əmrilə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.

2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Yusuf Novruzov əvvəllər Qaradağ rayon prokurorluğunun müstəntiqi işləyib. Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.

Bu təyinata qədər Yusif Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.

**

Yeri gəlmişkən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılılır. Onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Yanvarın 23-də Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Qaradağ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntularını bildiriblər. Məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.