SOCAR-ın əməkdaşı Energetika nazirinin müavini təyin edilib –

SƏRƏNCAM
26 May 2020 - 22:32

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

Kamal Abbasov uzun illərdir ki, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) qazın nəqli məsələləri üzrə müxtəlif vəzifələrdə çalışıb. O, əvvəllər SOCAR-ın Marketinq və İqtisadi əməliyyatlar idarəsi yanında qaz departamentinin başçısı vəzifəsində işləyib. 2006-cı ildən isə SOCAR-ın yeni yaradılan Qaz əməliyyatları idarəsinin rəisi təyin edilib. 2013-cü ilin martından Kamal Abbasov SOCAR-ın “Qaz ixracı” idarəsinin rəis müavini vəzifəsində çalışırdı.