Son sutkada 16 nəfər COVID-19-a yoluxub, ölən olmayıb- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 462 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 054 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 400 nəfərdir.

Ölkədə son sutka ərzində 973, hazırkı dövrədək isə 7 433 695 test aparılıb.

Əvvəlki məqalə

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

Sonrakı məqalə

Zelenski Britaniya Baş naziri ilə Ukraynadakı müharibəni müzakirə edib