Son sutkada 921 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 921 yeni yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 610 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib, 15 453 aktiv xəstə sayı nəfərdir.
Ölkədə son sutka ərzində 10 676, hazırkı dövrədək isə 5 750 604 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ölkədə 400 minə yaxın sənədsiz ev var” –

Sonrakı məqalə

ABŞ şahmatçısı Fabiano Karuana yarışa liderlik edir –