Son üç ildə sənaye zonalarında 8 milyardlıqdan artıq məhsul istehsal edilib

Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından 3 il ötür.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, bu müddət ərzində agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1336 daimi iş yeri yaradılıb: “Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7 faizi (yəni 3,02 milyard manat) ixracın payına düşür”.

 

Əvvəlki məqalə

Rusiyanın məşhur teleaparıcısının Qazaxıstana girişi qadağan edilib

Sonrakı məqalə

Dövlət qurumlarına məxsus 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb