Sosial şəbəkədə hədə-qorxu gəlməklə pul tələb etdi- Saxlanıldı

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən paytaxt sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyənləşdirilərək saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqalə

Putinlə bağlı sual və Sunakın qələbəsi…

Sonrakı məqalə

Sabah hava necə olacaq?