Sosial tərəqqi reytinqində Azərbaycan neçənci yerdədir?

ABŞ-ın “Social Progress İmperative” qeyri-hökumət təşkilatı Sosial Tərəqqi İndeksini dərc edib. İndeks sosial və ekoloji faktorlara, rifah, bərabərlik, sabitlik, şəxsi azadlıq və təhlükəsizlik kimi meyarlara əsaslanır.

Reytinqin ilk beşliyində Norveç, Danimarka, Finlandiya, İsveçrə və İslandiya yer alır.

Azərbaycan 169 ölkə arasında 103-cü yerdə göstərilir.

Estoniya 18-ci, Litva 29-cu, Latviya 32-ci, Ermənistan 48-ci, Gürcüstan 50-ci, Moldova 51-ci, Ukrayna 52-ci, Rusiya 59-cu, Belarus 61-ci, Qazaxıstan 65-ci, Qırğızıstan 83-cü, Türkiyə 88-ci, Özbəkistan 91-ci, İran 102-ci, Türkmənistan 118-ci, Tacikistan 120-ci sıradadır

Əvvəlki məqalə

Artıq ödənmiş pensiya necə tutulacaq?

Sonrakı məqalə

Hansı ölkələrdə nə qədər COVİD xəstəsi var? –