Söyüş üstündə dostunu öldürdü –Göyçayda qətl

Oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndi ərazisində 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.

Araşdırma aparılır.

Göyçayda törədilən qətlin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Asif Eminovla hadisəni törədən Xəyal Mənsimov dost olublar. Onların arasında mübahisə düşüb. Mübahisə zamanı Asif Xəyalı söyüb. Xəyal da söyüşə görə dostunu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Yaşar Gülər ​​Azərbaycanın müdafiə nazirinin müavinini qəbul edib

Sonrakı məqalə

Muğam Mərkəzinə “Beynəlxalq” statusu verilib