SSRİ-nin məşhur uşaq filmi olan “Morozko” ABŞ-da “Cek Frost” adlı ilə videokasetlərdə satışa buraxılıb. Film amerikalı tamaşaçıları qorxudub.
Azpost.info bildirir ki, filmi izləyən amerikalılar film haqqında fikirlərini bildiriblər.
Onlar film haqqında öz rəylərini internetdə yazıblar. Onların fikrincə, Baba Yaqa, ayıya çevrilmiş İvan, cırtdan göbələk, və donuz şəklində olan kirşə xüsusilə qorxulu görünür.
“Baba Yaqa” obrazı şərhlərin əsas obyekti olub. Onu “hətta böyükləri də qorxuda bilən” “dəhşətli səsi olan tükürpədici cadugər” adlandırıblar. Onların fikrincə, belə bir “soyuq” nağıl “heç bir halda” uşaqlara göstərilməməlidir.
“Oğlan ayıya çevrilir, lakin məktəbli kimi görünən bir qıza aşiqdir. Bu qız isə amerikalı qızlar kimi makiyaj etmir və ya təxribatçı geyinmir və təxminən 12 yaşında görünür” -deyə amerikalı izləyicilərdən biri yazıb.
Toyuq ayaqları üzərindəki daxma da öz payını alıb. Onu “ayaqlı ev” adlandırıblar. Amerikalılar filmdəki Şaxta Baba obrazını da sevməyiblər. Onu “ağacları donduran və yazıq quşları öldürən” “qorxulu baba” olduğunu düşünürlər. Bəziləri filmə baxandan sonra gözünə kabuslar görünməsindən şikayətlənib.
Müzakirələrdə Nastenka obrazına da toxunulub. Obraz hədsiz təvazökarlıqda və qul sadiqliyində ittiham ediblər. Marfuşenka isə makiyajına görə tənqid olunub.
Azpost.info