“Su-25 təyyarəmiz vurulmayıb” –

MÜDAFİƏ NAZİRLİYİ
14 Oktyabr 2020 - 11:35

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.