“Sülh sazişi Azərbaycan üçün də məqbul bir sənəd olmalıdır”- PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlarda bəzi irəliləyişlərin olduğunu deyib.

Azpost.info xəbər verir ki, o, bu barədə hökumətin bugünkü iclasında bildirib.

Paşinyanın sözlərinə görə, sülh sazişi istənilən vaxt imzalana bilən və Azərbaycan üçün də məqbul bir sənəd olmalıdır.

“Ümid edirik ki, danışıqların qarşıdakı mərhələsində artıq əldə olunmuş bəzi irəliləyişləri davam etdirmək mümkün olacaq. Bizim baxışımız belədir ki, sənəddə uzunmüddətli və sabit sülhün pozulmasının istənilən ssenarisini istisna edəcək razılaşmalar olmalıdır”, – Paşinyan qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.