“Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştiraka imkan verməyəcək. Bakı 1975-ci il xətti üzrə sərhədlərin müəyyən edilməsinə razı olmayacaq və 1920-ci ilin payızına qədər mövcud olmuş xətt üzərində israr edəcək”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Sabiq nazir hazırda gedən danışılqarın mahiyyətini ifadə edəcək bir sıra məqamlara toxunub.
Onun sözlərinə görə, Azərbaycan Qarabağda münaqişəyə son qoymaq və istəyənlərə vətəndaşlıq verməklə onları inteqrasiya etmək istəyir. “Ermənistan istəyir ki, Azərbaycan 1975-ci il sərhədlərini tanısın. İrəvan bununla da öz təhlükəsizliyini təmin etmək və bundan sonra ermənilərin “hüquqları və təhlükəsizliyi” adı altında Qarabağa ərazi iddialarını davam etdirsin”.
T.Zülfüqarov deyib ki, bütün keçmiş “həmsədrlər”, o cümlədən İran münaqişəyə regionun idarə olunmasında vasitə kimi baxır, onun davam etməsini istəyir: “Ermənistanın və xarici “oyunçuların” münaqişəni davam etdirmək istəyini görən Azərbaycan “güzgü prinsipi”ndən istifadə edərək Qərbi Zəngəzur və Göyçə mahalı ”, eləcə də “Qərbi Azərbaycan icmaları” mövzusunu irəli sürür”.
“Buna görə də Bakı sərhədin 1975-ci il xətti üzrə müəyyən edilməsinə razı olmayacaq və 1920-ci ilin payızına qədər mövcud olan xəttdə israr edəcək. Azərbaycan siyasi və müdafiə potensialının üstünlüyünü nəzərə alaraq münaqişə zonasını Qərbi Zəngəzur ərazisinə və ondan kənara qədər genişləndirməyə hazır olacaq. Həmçinin Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştiraka imkan verməyəcək”-deyə T.Zülfüqarov bildirib.
Sabiq nazir deyib ki, Rusiyanın reinteqrasiya prosesinə qarşı çıxacağı təqdirdə, 2025-ci ilə qədər sülhməramlı qüvvələrinin Türk Dövlətləri Təşkilatı ölkələrinin üzvlərindən ibarət polis missiyası ilə əvəzlənməsi prosesinə start verilə bilər.
Azpost.info