“Sülhə mane olursunuz!” –Səfirdən Fransa parlamentinin yeni qətnaməsinə etiraz

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnaməyə münasibət bildirib.

Diplomat bu barədə “Twitter” hesabında paylaşım edib.

“Fransa Milli Assambleyasının nəzərinə: Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, hərbi cinayətlər törədib, regionu viran qoyub. Siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”, – Leyla Abdullayeva qeyd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.