Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub-8 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-nin verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“13 min insana 190 manat verilməsi dayandırılıb” –

Sonrakı məqalə

“Zavodda yanğın istehsalatla bağlı yaranmayıb” –