Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan qatar piyadanı vurub

Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Azərbaycan Dəmir Yollarından bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb.

Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır.

Əvvəlki məqalə

Xocalıda silah-sursat aşkarlandı

Sonrakı məqalə

Ötən il Bakı Apellyasiya Məhkəməsinə 23 min 186 iş daxil olub