Sumqayıtda 13 yaşlı uşaq itkin düşüb –FOTO

Sumqayıtda 13 yaşlı uşaq itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qara rəngli parça gödəkcə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd göy rəngli idman ayaqqabısı olub.

Şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Əvvəlki məqalə

“Tərtər işi” üzrə ittiham olunan general Orucovun məhkəməsinin vaxtı məlum olub

Sonrakı məqalə

“Rusiya ABŞ-ı iki dəfə xilas edib, bu dəfə etməyəcək”