Sumqayıtda avtomobil qatara çırpılıb

Avqustun 29-da saat 03:40 radələrində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan “Azsamand” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərkən qatara çırpılıb.

Bu barədə QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol-Hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Əvvəlki məqalə

Cəlilabadda yeni doğulmuş körpənin ölümü ilə bağlı araşdırma aparılır

Sonrakı məqalə

Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?