Sumqayıtda dənizdən 2 meyit tapılıb.
Hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb. Meyiti tapılan qadının 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı olduğu bildirilir.
40-45 yaşlarında olduğu bildirilən kişinin kimliyi hələlik məlum deyil. Onların ər-arvad olduğu ehtimal edilir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır(apa).