Supermarketlərdə 5 ayda 5 milyard manatlıq ərzaq satılıb

Bu ilin beş ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1 faiz artaraq 10 milyard 109 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 5 milyard 120,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz artaraq 4 milyard 988,2 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 34,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Əvvəlki məqalə

Azərbaycan xaricə neftdən başqa ən çox hansı məhsulları ixrac edir?

Sonrakı məqalə

Azərbaycanın ixracla məşğul olan özəl və dövlət şirkətləri hansılardır? –