Suqovuşanın suyu niyə quruyub? Suyu ermənilər kəsib? –RƏSMİ AÇIQLAMA

Ermənilərin Sərsəng su anbarından Suqovuşan su anbarına verilən suyun həcmini azaltması barədə yayılan məlumat həqiqəti əks etdirmir”.

Bunu “Trend”ə açıqlamasında Tərtərçay Hidroqovşağının İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov deyib.

O bildirib ki, su anbarındakı təmir işləri ilə əlaqədar suyun həcmi bilərəkdən azaldılıb. Suqovuşan su anbarı 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmir və bərpa olunur.

“Göldə suyun səviyyəsinin aşağı düşməsinə səbəb orada aparılan təmir işləri ilə əlaqədardır. Gölün bir qapısı təmir edildiyindən suyun səviyyəsi bizim tərəfimizdən məqsədyönlü şəkildə azaldılıb. Sərsəng su anbarından buraxılan 8-10 kubmetr su əvvəlki qaydada Tərtər çayına axıdılır və oradan da təsərrüfatlara paylanılır. Əvvəl hansı rejimdə işləyirdiksə, indi də həmin qaydada davam edirik”, – M.Kərimov deyib.

Azpost.info bildirir ki, kanalın dibinin ağac və kol-kosdan təmizlənməsi, dib və yamaclarının yenidən butunluklə betonla üzlənməsi nəzərdə tutulub. Suqovuşan su anbarı bəndinin üzlüyü betonla üzlənəcək , bəndin üstundə yol və səkilər yenidən qurulacaq. Həmçinin Suqovuşan su anbarında yeni inzibati binanın və təmir emalatxanasının tikintisi də nəzərdə tutulub.
Qeyd edək ku, Suqovuşan su anbarı 1975-ci ildə tikilərək istismara verilib. Su anbarının suvarma sahəsi 96 217 ha, sahəsi 580 min m2 -dir. Elektirik enerjisini istehsalı məqsədilə su anbarında gücü 4 Mvt və 3,8 Mvt olan 2 ədəd SES inşa olunub.
Xatırladaq ki, bu gün bəzi sosial şəbəkələrdə Sərsəng su anbarından Suqovuşan su anbarına gələn suyun ermənilər tərəfindən azaldılması barədə məlumatlar yayılıb.
Əvvəlki məqalə

Ötən il neçə nəfər Dövlət Proqramı ilə xaricdə təhsil almaq hüququ qazanıb?

Sonrakı məqalə

Ronaldo “Əl-Nəsr” klubunda ilk məşqinə çıxıb