“Şuşa müsabiqəsinin nəticələri ilə bağlı tənqid obyektiv təhlilə söykənmir” –ZAUR İBRAHİMLİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli “Şuşa ili” ilə bağlı qrant layihələrinin qalibləri ilə bağlı yaranmış mübahisələrə münasibətini bildirib.
“Agentliyin Müşahidə Şurasının üzvü kimi Şuşa müsabiqəsi ilə bağlı yazılan fikirlərə münasibət bildirməyə bilmərəm. İki gündür bütün müzakirələri izləyirəm və arqumentləri analiz edirəm. Səmimi deyim ki, müsabiqənin nəticələrindən hər kəsin və hamının razı qalacağını gözləmirdim. Bu ideal həll olardı. Layihələrin qiymətləndirilməsi qaydaları barədə ətraflı məlumat verilib və təkrarlamaq niyyətim yoxdur.
Vacib hesab etdiyim bir neçə məqamı diqqətə çatdırmaq istəyirəm. Layihələr qiymətəndirilərkən layihələrin qarşıya qoyulan məqsədə çatmaq üçün real töhfəsi, nəticələri və bu nəticələrə nail olmaq üçün təklif olunan üsullar, bu fəaliyyətləri etməyə imkan verəcək potensial əsas meyar kimi götürülüb. Qalib gəlmiş 22 layihə diqqətlə, obyektiv analiz edilsə bu yanaşma çox aydın şəkildə görüləcək. Donor kimi Agentlik üçün bu layihələrin nəticələri əhəmiyyətlidir. Donor kimi Agentlik real, ölçülə bilən, real töhfə verə biləcək layihələrin reallaşmasına məsuliyyət daşıyır. Agentlik layihələri qiymətləndirir, layihələrin töhfəsini və müraciət edilən mövzunun, problemin aktuallığını, ehtiyaclara cavab verməsini nəzərə alır.
Agentlik Şuşa müsabiqəsinə çox ciddi hazırlaşdı və Şuşada Prezidentin xüsusi nümayəndəsi, digər dövlət qurumları ilə müzakirə apardı və mövzular onların təklifləri, mövcud ehtiyaclar nəzərə alınmaqla müəyyənləşdi. Agentlik şəxsləri, subyektiv rəyləri, şərhləri yox məhz yuxarıda qeyd etdiyim yanaşma və meyarları nəzərə alır. Nəticələrə bağlı qərarı Müşahidə Şurası verir və qərarlarına görə məsuldur.
Çox təəssüf ki, Şuşa müsabiqəsinin nəticələri ilə əlaqədar tənqidi mülahizələrdə subyektiv yanaşma əsas götürlür. Tənqidi mülahizələr obyektiv təhlilə söykənmir, subyektiv qiymətləndirməyə, baxışa, emosiyalara, konkret şəxslərə münasibətə əsasən səsləndirilir. Bu yanaşma doğrusu təəssüf doğurur və obyektiv tənqidin verə biləcəyi töhfədən məhrumdur.
Tənqid xatirinə tənqid yalnız gerçəkliyi təhrif edir. Məqsəd yalnız tənqid etmək olursa, bu obyektivlikdən çox uzaqdır. Tənqidi mülahizələrdə arqumentlər irəli sürülməlidir, bunun üçün obyektiv təhlil mütləqdir. Yalnız layihənin və təşkilatın adına görə ciddi iradlar irəli sürmək, şəxləri hədəf alaraq, emosional tərzdə fikirlər irəli sürmək qətiyyən konstruktiv tənqid nümunəsi deyil. Konstuktiv tənqidə əlbətdə və şübhəsiz dözümlü yanaşmaq vacibdir, mütləqdir. Lakin konstruktiv tənqiddən uzaq neqativ rəy yaradan fikirlərə cavab vermək haqqını da unutmayaq. “Başqasına rəva bilziyinizi özünüz üçün də rəva bilirsiniz” – prinsipi gərək unudulmasın”.
Əvvəlki məqalə

Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sonrakı məqalə

“Boş-boş danışmaqla deyil…” –