Şuşanın turizm paytaxtı seçilməsi Qarabağa turist axınını artıracaq- İƏT rəsmisi

Şuşa şəhərini İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrin turizm paytaxtı seçməkdə məqsədimiz bu şəhərin üzv ölkələrdə tanıdılmasını həyata keçirməkdir.

Bunu İƏT-in turizm proqramı üzrə məsul şəxsi Hasan Tufan deyib.

O bildirib ki, daha sonra üzv ölkələr qatıldıqları turizm tədbirləri və sərgilərdə paytaxt seçilən şəhərlər barədə təbliğat aparırlar: “Həmçinin 2026-cı ildə Şuşa paytaxt seçildikdən sonra Azərbaycandan bir sıra tədbirlərin orada keçirməsini istəyəcəyik. Şuşanın turizm paytaxtı elan edilməsi, ümumilikdə Qarabağın da turizm potensialını artıracaq. Qarabağın işğaldan azad edilməsi ilə bir sıra ölkələrdən, xüsusilə də Türkiyədən kifayət qədər səyyahlar, “Youtube” bloggerləri həmin ərazilərə gəlib, bölgə ilə bağlı təbliğat aparıblar”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.