“Şuşasız bizim işimiz yarımçıq olar”-PREZİDENTDƏN XÜSUSİ MESAJ

Bu 19 gün ərzində mən heç vaxt ordu qarşısında “oranı alacaqsınız, buranı alacaqsınız” vəzifəsi qoymadım. 17, 18,19 oktyabrda hansı müjdə veriləcəyi önəmli deyil. Biz bu gün də azad edilmiş kəndlər haqqında məlumat verə bilərik”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı jurnalistin “18 oktyabr müstəqlillik  günü  böyük müjdə olacaqmı?” sualının cavabında deyib.

Prezident bildirib ki, 18 oktyabr müstəqillik günü tarixi günümüzdür.  Bu tarix bizim üün əziz tarixdir.

Dövlət başçısı deyib ki, işğal olunmuş ərazilərimizin azad olunması əsas hədəfdir. “İstiqamətimiz hər tərəfdir. İşğaldan azad edilmiş hər bir kəndin dəyəri o biri ilə bərabərdir”.

Prezident Şuşa şəhərinin də işğaldan azad olunmasının vacibliyini bildirib:  “Şuşa Azərbyacanın qəlbidir. Danışıqlar sürəcində hər zaman bu məsələ gündəmdə idi. Beş rayonu alıb digərlərini qeyri-müəyyən vaxta saxlamaq hec cür düzgün olmazdı. Vasitəçilər təəccüb edirdilər niyə İlham Əliyev bu təklifə razılaşımır. Mənim mövqeyim belədir ki, Şuşasız bizim işimiz yarımçıq olar. Şuşanın işğaldan azad edilməsi hədəflərimiz arasında xüsusi yer tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisdə çıxış edəcək

Sonrakı məqalə

“3 dəfə Hadrutu işğal altına almaq istədilər,3 dəfə də məğlub oldular” –