Şuşaya qar yağır, Laçın yolunda aksiya davam edir –-VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Aksiyanın 28-ci günüdə Şuşaya güclü qar yağıb.

Havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şuşa şəhərinə gecə saatlarından yağan qar gediş-gəlişi çətinləşdirib.

Qarın hündürlüyü 7-8 sm-ə çatıb.

Qarlı hava şəraiti şəhər ərazisində avtomobillərin hərəkətini çətinləşdirib. (APA)

 

Əvvəlki məqalə

Yevlaxda sabiq polis əməkdaşını öldürdülər

Sonrakı məqalə

Ötən ilin üç ən yaxşı qapıçısı kim olub? –