Sərhədin delimitasiyasına qarşı çıxan 31 erməni tutulub

Ermənistnın Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndində Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxanlar yolu bağlayıblar.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda çox sayda polis Kirantsa (Xeyrimli) cəlb olunub.

31 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Minatəmizləmə işləri ilə əlaqədar və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında hüquq-mühafizə orqanları Kirantsda (Xeyrimli) bir neçə yolu bağlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.