“Səssiz insult”un ilkin əlamətləri hansıdır?

Həkimlər
Həkimlər

Sinir hüceyrələrinin ölümü ilə işemik zonalar meydana gətirən “səssiz insult”u – beyin damarlarında qan axınının pozulmasının əlamətlərini müəyyən etmək çətindir. Lakin xəstəliyin inkişafını göstərə biləcək bəzi əlamətlər var.

Azpost.info bildirir ki, bu barədə Sankt-Peterburq telekanalına açıqlamasında nevroloq Natalya Şipitsina bildirib.

Onun sözlərinə görə, insultun ilk əlamətlərinə başgicəllənmə, zəif eşitmə,qulaqda küy  və nitq pozğunluğu daxildir.

Həmçinin qolların, ayaqların qısamüddətli keyiməsi  və ya əzalarda zəiflik beyində artıq formalaşmış işemiya nöqtələrini göstərə bilər.

Risk qrupuna hipertoniya, şəkərli diabet, müxtəlif ürək ritm pozğunluqları olan xəstələr və yuxu damarlarında aterosklerotik diaqnozu qoyulmuş insanlar daxildir.

“Səssiz insult”a səbəb hərəkətsizlik, fiziki fəaliyyətin olmaması, həddindən artıq şirniyyat və yağlı qidalarla qidalanma və piylənmədir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.