TƏBİB Ağdam xəstəxanasının 12 əməkdaşının zəhərlənməsi ilə bağlı məlumat yayıb

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.

Zəhərlənmənin səbəbi araşdırılır.

Əvvəlki məqalə

“Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb”

Sonrakı məqalə

“Jurnalistlər binası”nın həyətində abadlıq işləri aparılıb