Təhsil naziri koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayını açıqladı

18 Mart 2021 - 18:40

Fevralın 1-dən gündəlik əsasda Səhiyyə Nazirliyi, GEM-dəki həmkarlarla rəqəmləri izləyirik, bunun nə qədər kütləvi yoluxma yaratma riski qiymətləndirilir. Məktəbin daxilində kütləvi yoluxma olanda distant təhsilə keçir.

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, fevralın 1-dən 164 ibtidai sinif şagirdi virusa yoluxub, bunların hamısı məktəbdə olmayıb.  Virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir. Məktəbəhazırlıq qruplarında isə 23 nəfər yoluxub. İşçi heyət arasında virusa yoluxanların sayı 714 nəfərdir.

Ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir, 48 məktəb distanta keçib, onların 41-i hazırda distantdadır, 7 məktəb ənənəvi tədrisə qayıdıb. Biz məktəblərin hibrid formada davam etməsini istəyirik, bunun üçün kifayət qədər səy göstərilir”.