Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək –

Qəbula necə düşmək olar?
15 Fevral 2021 - 13:27

Fevralın 15-dən etibarən Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu prosesi videoformatda həyata keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, videoqəbulların keçirilməsində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir. Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edə bilərlər. Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq. Qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə etmək olar.