Tələbələrin, doktorantların və magistrantların təqaüdü artırıldı –MƏBLƏĞLƏR

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə müəyyən edilən təqaüdlərin məbləğləri aşağıdakı kimi artırılıb:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara – 300 manatdan 360 manata:

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 180 manatdan 216 manata;

ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manatdan 204 manata;

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manatdan 174 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manatdan 144 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manatdan 96 manata;

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat 156 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manatdan 132 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manatdan 72 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manatdan 60 manata;

Peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manatdan 90 manata;

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manatdan 72 manata;

akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manatdan 60 manata.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb

Sonrakı məqalə

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırıldı