Tərcüməçi-jurnalist Fərzuq Seyidbəyli vəfat edib

14 Oktyabr 2019 - 00:12

“Strateq.az” saytının əməkdaşı Fərzuq Seyidbəyli oktyabrın 13-də axşam saatlarında vəfat edib.

Bu barədə mərhumun iş yoldaşı sosial şəbəkədə bildirb. Azərbaycanın müxtəlif KİV-lərində çalışmış F.Seyidbəyli son illərdə “Strateq.az”da tərcüməçilik fəaliyyəti ilə məşğul olurdu.

Qeyd edək ki, F.Seyidbəyli 8 avqust 1958-ci ildə Naxçıvan MR Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarından və Naxçıvan Xalq Cəbhəsinin yaradıcılarından olub. Turan İnformasiya Agentliyinin və ANS telekanalının Naxçıvan üzrə bölgə müxbiri olub.

Mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi, bundan başqa xəstəlik nəticəsində iki il əvvəl ayaqları amputasiya edilmişdi.

F.Seyidbəyli sabah saat 13.30-da Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin…