“Tərtər Azərbaycanın Stalinqradıdır” –

PREZIDENTİN KÖMƏKÇİSİ
14 Oktyabr 2020 - 11:02

Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” tamamilə riyakarlıqdır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb, nəticədə 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub. Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”, – deyə H. Hacıyev qeyd edib