Təyyarə qəzasında həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstəriləcək

Dövlət Komissiyası Aktauda baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Sərəncamda bildirilib.

Sərəncama əsasən, Dövlət Komissiyası qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməlidir.

Əvvəlki məqalə

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

Sonrakı məqalə

Evində ölü tapılan hamilə qadının körpəsi xilas edildi