TƏBİB “Mirvari park”dakı yanğınla bağlı məlumat yayıb

Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində qeydə alınan yanğında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospital olunub.

TƏBİB-dən verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə yerində yardım olunub.

Ümumilikdə 9 nəfər hospital olunub, 12 nəfərə yerində yardım olunub.

Əvvəlki məqalə

Çayımızın adı və dadı –

Sonrakı məqalə

Rusiya Ukraynada yaşayış binasını raketlə vurdu –