“Təhminə” Bakıya köçmək istəyir, hoteldə yaşayır –Elgiz evsiz Meral Konrat üçün yardım istədi

Təhminə” filmi ilə ölkəmizdə populyarlıq qazanan türk aktrisa Meral Konrat Azərbaycanda yaşamaq istəyir.

Bu barədə “Elgizlə izlə” proqramında aparıcı Elgiz Əkbər məlumat verib. O, sənətçinin evi olmadığı üçün izləyicilərə də müraciət edib: “Meral xanım Bakıya köçmək istəyir, burada yaşayacaq. Onun evi yoxdur. Hazırda hoteldə yaşayır. Nə qədər pul qazanmalıdır ki, hotelə pul versin. Bizi eşidirlər, onun pərəstişkarı çoxdur, ev tikən şirkətlər var. Burada yaşaması üçün mənzil lazımdır. İstəyir ki, ölkəmizdə fəaliyyət göstərsin, tələbələr hazırlasın. Dünən də teatra getmişdik. İkincisi isə gözündə problem var. Həm də ərə getmək məsələsi…”

Azpost.info

Əvvəlki məqalə

“Mançester Yunayted”in satışı niyə ləngiyir?

Sonrakı məqalə

Özbəkistan Prezidenti Azərbaycana gəlib