Təyyarə qəzasında həlak olanlardan 6-sı Zaqataladandır

AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub.

Azpost.info bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, onlardan 6-sı həlak olub, 2-si yaralanıb.

Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.

Həlak olanlar:

Carayev Arif

Carayev Mahir

Carayev Hacı

Ceerov Xizri

Ceerova G.

Siracova Müslümət

Yaralılar:

Siracov Nurulla

Cəlilov Nizami

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.