Braziliyalı Adriano Assis hava limanında qeydiyyat masasını səhv saldığı üçün sağ qalıb.
Azpost.info bildirir ki, ötən həftə Braziliyda sərnişin təyyarəsi qəzaya uğrayıb. Bütün sərnişinlər və ekipaj üzvləri ölüb.
Adriano Assis TV Globo-ya bildirib ki, xəstəxanada iş növbəsini bitirəndən sonra Cascavela hava limanına gedib.
Onun minmək istədiyi təyyarə ölkənin ən böyük hava limanı olan San- Paulo Quarulhosda eniş etməli idi. Bild xəbər verir ki, cümə günü Quarulhosa təkcə VoePass-dan ATR-72 deyil, həm də LATAM Hava Yollarının təyyarəsi uçub.
Assis deyib ki, o, LATAM-ın qəbuluna səhər saat 9:40-da gəlib, amma qeydiyyat yeri bağlı olub: “Qeydiyyatın başlanmasını gözləyirdim və sakitcə qəhvəsini içirdim”. Bir saatdan sonra o, səhv yerdə gözlədiyini anlayıb və VoePass qeydiyyat stoluna tərəf qaçıb. Lakin minik artıq bitmişdi. Assis aviaşirkətin əməkdaşından onu təyyarəyə buraxmağı xahiş etsə də, o, rədd cavabı verib.
Assis işçi ilə mübahisə etsə də o, qətiyyətlə rədd edib. “O, mənim həyatımı xilas etdi” deyə Assis göz yaşları içində bildirib.
Təyyarə havaya qalxdıqdan 90 dəqiqə sonra qəzaya uğrayıb. Hadisə şahidlərinin çəkdiyi video görüntülərdə təyyarənin yüksək sürətlə yerə çırpıldığı görünür. Sərnişinlərin heç birinin sağ qalmaq şansı olmayıb.