Tacikistan prezidenti Rusiyaya rəsmi səfərə gəlib- Putinlə görüşəcək

Tacikistan prezidenti Emoməli Rəhmon Rusiyaya rəsmi səfərə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Rəhmonu Rusiya Baş nazirinin müavini Marat Xusnullin qarşılayıb.

Tacikistan prezidentinin səfəri iki gün davam edəcək. Noyabrın 21-də Rəhmon Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Dövlət başçıları ticari-iqtisadi, humanitar sahələrdə ikitərəfli və strateji tərəfdaşlığı, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Danışıqların yekununda prezidentlərin bir sıra sənədləri imzalayacağı gözlənilir.

Tacikistan liderinin nümayəndə heyətinə xarici işlər naziri, müdafiə naziri, daxili işlər naziri, əmək naziri, kənd təsərrüfatı naziri, nəqliyyat naziri və iqtisadi inkişaf naziri də daxildir.

Azpost.info

Əvvəlki məqalə

“Bayden bu sənədi imzalasa, Azərbaycanla münasibətlərə ciddi zərbə dəyəcək”

Sonrakı məqalə

SPECA ölkələri Qarabağda aktiv fəaliyyət göstərirlər