Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 11 mini keçib

Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 min 696-a çatıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, təlim keçən sürücülərin sayı isə 24 min 482 nəfər olub.

Qeyd edək ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.